89 yaşlı nənəsinin evinə basqın etdi - ASTARADA İNANILMAZ OLAY
Astarada evə basqın olub, 89 yaşlı qadın ağır yaralanıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Şahağacı kəndində qeydə alınıb.
Kənd sakini, 89 yaşlı Kinəbacı Əsədullayevin evinə səhər saatlarında basqın olub. Qadın yatdığı yerdə ona təpiklə bir neçə zərbə endirilib. Qadının qışqırığına oyanan oğlu hadisə yerinə gələndə həmin şəxs hadisə yerindən qaçıb. Qan içində olan qadın dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib: "Dedim, bala, sən kimsən girirsən evə, dillənmədi. 3 dəfə də təpik ilişdirdi başıma. Dedim, başıma niyə vurursan? Qışqırdım, ay Əmrayil, öldürdülər məni. Bu vurdu təpiyi. Qız ordan səs verdi. 4 dəfə vurdu mənə. Dörd təpik dəydi mənə. Ağlım başımdadır, mən huşumu itirməmişəm. Qız ordan qışqırdı, bu atıldı çölə, amma qara paltar uzun adam idi".
Hadisə ilə başlı polisə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, hadisəni qadının qız nəvəsi Azər Məmmədov törədib. O, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA