Dövlət Taxıl Fondu: Tələbatın əsas hissəsi yerli istehsal hesabına ödəniləcək

"Ərzaq səbətinin tərkibinə əsasən adambaşına 186 kiloqram ərzaqlıq buğda tələb olunur".

 

APA TV-nin məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Məqsədimiz tələbatın böyük əksəriyyətini yerli istehsal hesabına ödəməkdir. Təəssüf ki, buna nail ola bilmirik. Ərzaq təhlükəsizliyini şərtləndirən amillərdən biri də kadr məsələsidir. İxtisaslı kadr olmazsa, məhsul bolluğu yaratmaq, keyfiyyətə nəzarət etmək mümkün deyil. Bazarın tələbatına uyğun sortların yaradılması üçün işlər görülməlidir. Biz həm buğdanı istehsal etməli, həm də almalıyıq".

 

Zülfüqar Məmmədovun sözlərinə görə, ötən il 1,6 mln. ton buğda idxal olunub. Yerli istehsalçılar isə həmin dövr ərzində ümumilikdə 1,854 mln. ton buğda istehsal edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR