Ermənilərin Alxanlıda nənə və nəvəni öldürməsi ilə bağlı cinayət işi açıldı

Erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində nənə və nəvənin ölməsi ilə bağlı cinayət işi başlanıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20:00 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədib.

 

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

Həmin faktlarla bağlı Füzuli rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR