İraq ordusu Mosulda İbn Sina xəstəxanasını geri aldı

Koalisiya qüvvələrinin də havadan dəstəklədiyi İraq ordusu 2014-cü ildən bu günə qədər İŞİD silahlılarının əlində olan Mosulda hərbi əməliyyatları başa çatdırmaq üzrədir.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata əsasən, şəhərin "Qədim şəhər" adlanan bölgəsinə qədər irəliləyən İraq hərbi qüvvələri İbn-Sina Universitet Xəstəxanasını tam şəkildə geri qaytarıb. Ərazidə təhlükəsizliyin tamamilə təmin edildiyi bildirilir.

 

Hazırda İŞİD qüvvələri ilə qarşıdurmalar, təşkilatın mövcud olduğu son bölgə olan "Qədim şəhər"də və üç ayrı nöqtədə davam edir.

 

Qarşıdurmalardan ən çox əziyyət çəkən isə əksəriyyətinin qadın və uşaq olduğu dinc sakinlərdir. Xilas olmağı bacaran mülki şəxslər əsgərlər tərəfindən cəbhə bölgəsindən uzaqlaşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR