Türkiyə Almaniyaya nota verdi
Türkiyə Almaniyaya etiraz notası verib.
APA TV-nin NTV telekanalına istinadən verdiyi məlumata görə, səbəb iyulun 3-də "Siyasi Gözəllik Mərkəzi" adlı təşkilatın Berlində Almaniya hökumətinin binası qarşısında bir avtomobilin önündə açdığı plakat olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salmanın şəkillərinin olduğu plakatda yazılıb ki, “bu avtomobilin sahibi olmaq istəyirsənsə, diktaturanı öldür”.
Bununla əlaqədar Türkiyənin Berlindəki səfirliyi təcili Almaniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Notada qeyd edilib ki, Almaniya Nazirlər Kabinetinin binası qarşısında və təhlükəsizlik qüvvələrinin mühafizəsində bu cür zorakılığı təbliğ edən bir aksiyanın keçirilməsinə icazə verilməsi anlaşılan və qəbul edilən deyil, sülhə xidmət etmir.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA