Məhkəmə qərarından narazı qalan şəxs 2 nəfəri güllələdi - TÜRKİYƏDƏ
Türkiyənin Bursa şəhərinin Gemlik rayonunda silahlı şəxs iki nəfəri güllələyib. APA TV-nin "Bursa TV"yə istinadən verdiyi məlumata görə, silahlı hücum axşam saatlarında baş verib.
Məlumata görə, məhkəmə qərarından narazı qalan 37 yaşlı Musa Gülər vəkil Özgür Aksoya ofisinin qarşısında tapançadan 5 dəfə atəş açıb. O, daha sonra hadisəyə müdaxilə etmək istəyən polis əməkdaşı İdris Böyükdönməni də vurub.
Ağır yaralanan vəkil və polis xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, polis əməkdaşı İ.Böyükdönmə orada dünyasını dəyişib, vəkilin müalicəsi isə davam etdirilir.
Hadisə yerinə xüsusi polis qüvvələri cəlb edilib. Polisin zərərsizləşdirmək istədiyi M.Gülər qaça bilməyəcəyini görərək, əlindəki silahla intihar edib.
OXŞAR XƏBƏRLƏR
17:52
282
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
371
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
441
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
496
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
622
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
663