Şimali Koreyanın qitələrarası ballistik raketi dənizə düşdü
Şimali Koreya qitələrarası ballistik raketi olan "Xvason-14"ün uğurla sınaqdan keçirildiyini bəyan edib.
APA TV-nin xəbərinə görə, yerli dövlət televiziyasında bildirilib ki, sınaqdan keçirilən raket 933 kilometr məsafəni 2802 kilometr hündürlükdə qət edib. Uçuşun müddəti 29 dəqiqə təşkil edib.
"Xvason-14"ün sınağı Şimali Koreya lideri Kim Cen Inın göstərişi əsasında həyata keçirilib.
Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yosixide Suqo qitələrarası ballistik raketin Şimali Koreyanın şərqindən atıldığını və Yapon dənizinə düşdüyünü deyib.
Cənubi Koreya prezidenti Mun Çje İn Şimali Koreyanın yeni raket sınağı ilə əlaqədar ölkənin Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Uzun və qısaməsafəli raketlər üzrə amerikalı mütəxəssis Devid Rayt isə bu raketin daha böyük məsafə qət edə biləcəyini və hətta 6,7 min kilometr aralıqda yerləşən Alyaskaya qədər gedib çıxa biləcəyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA