Qadınlar təcavüzçünü döyə-döyə öldürdü - HİNDİSTANDA İNANILMAZ OLAY

Dünyada ən çox təcavüz hadisələri yaşanan Hindistanda qeyri-adi olay yaşanıb.

 

APA TV-nin xəbərinə görə, Dumka bölgəsində təcavüzçünü cinayət başında yaxalayan qadınlar onun cəzasını özləri veriblər.

 

Cinayətkarın əl-qolunu bağlayan qadınlar onu ölənə qədər döyüblər. Hadisəni əks etdirən video görüntülər internetə yüklənib.

 

Hindistan hökumətindən açıqladığı statistikaya görə, ölkədə hər 155 dəqiqədə bir 16 yaşdan kiçik uşaq cinsi zorakılığa məruz qalır. Hər 13 saatdan bir isə 10 yaşlı uşağın təcavüzə uğradığı bildirilir. 2015-ci ildə 10 mindən çox uşaq zorlanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR