Zaqatalaya qonaq gedən 16 yaşlı yeniyetməni maşın vurdu
Zaqatalaya qohumlarının evinə qonaq gələn 16 yaşlı yeniyetməni maşın vurub.
APA TV-nin məlumatına görə, hadisə iyulun 3-də axşam saat 21:00 radələrində rayonun Aşağı Tala kəndində baş verib.
Kənd sakini Ramazan Məhəmməd oğlu Mirzəyev idarə etdiyi “VAZ-21074” markalı 57 BV 476 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2001-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Bəhruz Bəhram oğlu Əliyevi vurub. Qəzadan sonra 16 yaşlı yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.
Zaqatala MRX-dan APA TV-yə bildirilib ki, Bəhruz Əliyevin müalicəsi xəstəxananın travmatologiya şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir.
16 yaşlı yeniyetmə Aşağı Tala kəndində yaşayan qohumlarına qonaq gəlibmiş.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA