Rəqqada İŞİD-in daha bir müdafiəsi yarıldı
Kürd hərbi birləşmələri ilə Suriyanın müxalifət qüvvələri müdafiəni yararaq Rəqqada yerləşən "Köhnə şəhər"ə qədər irəliləyə biliblər.
APA TV-nin xəbərinə görə, qızğın döyüşlər zamanı onlar Rəqqa şəhərinin ətrafındakı qəsəbələrdən birini də ələ keçiriblər. Suriya Demokratik Qüvvələri isə qərb istiqamətinə doğru irəliləyə biliblər.
Rəqqanın tarixi hissəsi şəhərin mərkəzindədir və 8-ci əsrdən qorunur. "Köhnə şəhər" ətrafında hazırda şiddətli döyüşlər davam edir. "Euronews"un məlumatına görə, Demokratik Qüvvələr şəhərin şimal hissəsindəki şəkər zavodunu da ələ keçiriblər. Zavod ərazisi dağıdılıb.
Müşahidəçilərin fikrincə, Rəqqada təxminən 3-4 minə yaxın İŞİD üzvü qalıb.
OXŞAR XƏBƏRLƏR
17:52
313
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
387
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
458
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
501
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
628
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
667