Bakı-Sumqayıt yolunda dəhşət: "KamAZ"ın altında qaldı

xBakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, hadisə yolun 11-ci kilometrliyində - Abşeron rayonu ərazisində qeydə alınıb.

 

"Toyota Prado" markalı avtomobil "KamAZ" markalı yük maşınına çırpılıb. Bu zaman yük avtomobilinin arxasında dayanmış 1991-ci il təvəllüdlü Faiq Bədəlov arxaya hərəkət edən nəqliyyat vasitəsinin altında qalıb. O, hadisə yerində vəfat edib.

 

Şahidlərin köməyi ilə meyit yoldan götürülüb. Hadisə həvəskar kamera ilə lentə alınıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR