Lənkəranda hərbi xidmətə yollanacaq gənc dənizdə batdı

Lənkəranda hərbi xidmətə yollanacaq gənc dənizdə batıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyulun 3-də axşam saatlarında Lənkəranın Sütəmürdov kəndi ərazisindəki istirahət mərkəzlərindən birinin yaxınlığında, dənizin nəzarət olunmayan hissəsində qeydə alınıb.

 

Cəlilabad rayon sakini, 22 yaşlı Habil Quliyev həmyerliləri ilə birlikdə dənizə istirahət etməyə gəlibmiş. Dənizin nəzarət olunmayan hissəsində çimmək istəyən gənc ehtiyatsızlıqdan dənizdə batıb.

 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Bir saatlıq axtarışdan sonra cəsədi ləpələr sahilə çıxarıb.

 

Məlumata görə, nişanlı olan Habil Quliyev ali təhsilini yenicə bitiribmiş və bu gün hərbi xidmətə yola düşəcəkmiş.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR