Yunanıstan hərbçiləri Türkiyə gəmisini atəşə tutdu - YENİ GƏRGİNLİK
Egey dənizində Yunanıstan sahil mühafizə xidmətinə aid qayıqdan türk bayrağı ilə üzən yük gəmisinə atəş açılıb. APA TV-nin məlumatına görə, hadisə Rodos adası yaxınlığında baş verib. Türkiyənin İskəndərun limanından götürdüyü dəmir və poladı İzmitə daşıyan M/V ACT adlı, Türkiyə bayrağı ilə üzən quru yük gəmisi yunan sahil mühafizə kateri tərəfindən atəşə məruz qalıb. Xəbərdarlıq məqsədilə açılan atəş nəticəsində gəminin göyərtəsinə 16 güllə dəyib.
Gəminin kapitanı Sami Kalkavan bildirib ki, yunanlar onlardan Rodos sahilinə yönəlməyi tələb ediblər və gəmidə axtarış aparmaq istəyiblər: “Biz bu tələbi rədd etdik. Dayanmasaq, atəş açacaqlarını dedilər və dediklərini etdilər”.
Türkiyənin Xarici İşlər Nazirliyi insidentlə bağlı bəyanat yayıb və Yunanıstan sahil mühafizəsinin addımını pisləyib. Bəyanatda deyilir ki, silahsız ticarət gəmisinə atəş açılması yolverilməz və əsassızdır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA