Gəncədə uşaq üstündə dava: qonşular 35 yaşlı kişini döydü
Gəncədə yataqxanada yaşayan şəxs döyülüb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Adil xan Ziyadxanov küçəsində yerləşən yataqxanada baş verib. Orada yaşayan 1982-ci il təvəllüdlü Abbasov Müslüm Valeh oğlu müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Yaxınlarının sözlərinə görə, Müslüm Abbasovun azyaşlı övladı həyətdə başqa uşaqla dalaşıb. Övladını evə aparan Müslüm Abbasov bir neçə dəqiqədən sonra çölə çağırılıb və bir neçə qonşu tərəfindən döyülüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:52
313
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
387
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
458
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
501
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
628
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
667