Almaniyada dəhşətli avtobus qəzası: 18 nəfər yanaraq öldü

Almaniyanın Frankoni polisi avtobus qəzası zamanı 18 nəfərin öldüyü barədə xəbər yayıb.

 

APA TV-nin "RİA Novosti"yə istinadən məlumatına görə, hadisə Bavariya şəhərində qeydə alınıb.

 

Magistral yolda  A9 markalı yük maşını ilə toqquşan avtobusda yanğın olub. Nəticədə 11 nəfər hadisə yerində diri-diri yanıb. Daha sonra yaralılardan 7 nəfər ölüb və ölü sayı 18-ə çatıb.

 

Almaniyanın nəqliyyat naziri Aleksander Dobrint 30 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığını bildirib. Qəzaya uğrayan nəqliyyat vasitəsinin turizm şirkətlərindən birinə məxsus avtobus olduğu deyilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR