Qətərə 48 saat vaxt verildi
Dörd ərəb ölkəsi tələblərin yerinə yetirilməsi üçün Qətərə 48 saat vaxt verib.
Səudiyyə Ərəbistanının dövlət informasiya agentliyi SPA-nın verdiyi məlumata görə, Qətəri terrorizmi dəstəkləməkdə günahlandıran Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və BƏƏ Qətərə tələbləri qəbul etməsi üçün iki gün möhlət verib.
APA TV-nin xəbərinə görə, Qətər ittihamları əsassız adlandırıb, “al-Jazeera” kanalının bağlanması və Türkiyə ordusunun Qətərdən çıxarılması da daxil digər bütün tələblərin çox qəddar adlandırıb və bildirib ki, bunlar elə rədd etmək üçün müəyyənləşdirilib.
Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və BƏƏ bəyan ediblər ki, əgər 13 maddədən ibarət tələblər qəbul edilməsə, Qətərə qarşı sanksiyalar genişləndiriləcək. Bu sanksiyaların nədən ibarət olacağı qeyd edilməsə də, güman edilir ki, banklara depozitləri və banklararası kreditləri geri çəkmək əmri veriləcək.
Qətərin müdafiə naziri Xalid əl-Atiyyə isə ölkəsinin özünü müdafiə etməyə qadir olduğunu bəyan edib. "Proseslərin hərbi müdaxilə mərhələsinə çatmayacağına ümid edirik. Ancaq Qətərdə rejim dəyişikliyi cəhdi açıqca sezilir. Dörd ölkənin tələbləri də əslində ölkəmizin suverenliyinə təhdiddir. Biz özümüzü müdafiə etməyə hər zaman hazırıq. Qətər tarixən asanlıqla udulan bir ölkə olmadığını sübut edib" - deyə nazir bildirib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA