Makrona sui-qəsd cəhdinin qarşısı alındı

Fransa polisi prezident Emmanuel Makrona qarşı sui-qəsdin qarşısını alıb.

 

APA TV-nin məlumatına görə, xüsusi xidmət orqanları uğurla başa çatdırılan əməliyyatın detallarını açıqlayıblar.

 

Məlumata görə, 23 yaşlı gənc iyulun 14-də - Bastiliyanın azad edilməsi günü prezidentə sui-qəsdə cəhd edəcəkmiş.

 

Saxlanılan şəxsin kimliyi gizli saxlanılsa da, onun internet vasitəsilə silah almaq istədiyi məlum olub. O, onlayn oyun çatlarının birində "Kalaşnikov" avtomatı əldə etmək istədiyini bildirib. İstifadəçilərdən biri isə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Şübhəli şəxs evə basqın edən polisləri bıçaqla qarşılayıb. Onun psixi problemləri olduğu güman edilir.  

 

Qeyd edək ki, 23 yaşlı gənc ötən il qaradərili, ərəb, yəhudi və geylərə hücum çağırışları, eləcə də terrorçuluğun təbliğində günahlandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR