Səudiyyə kralı jurnalisti işdən qovdurdu - YALTAQLIQ ETDİYİ ÜÇÜN
Səudiyyə Ərəbistanının yerli qəzetlərindən birində çalışan icmalçı işdən azad edilib.
APA TV-nin məlumatına görə, o, yalnız Allahın adı ilə yanaşı işlənən ifadələri kral Salman əl-Səudun ünvanına yazdığı üçün monarxın xahişi ilə cəzalandırılıb.
Məlumata görə, “əl-Cəzirə” qəzetinin əməkdaşı kralın ünvanına “əl-Həlim” (mülayim) və “Şədid əl-ikab” (sərt cəza verən) kimi ifadələr işlədib. “Əl-həlim” İslamda Allahın 99 adından biridir. Digər ifadə - “Şədid əl-ikab” isə bu siyahıya daxil olmasa da, Tanrını təsvir edən ənənəvi epitetdir. İslam etikasına görə, hər iki epiteti insanlara ünvanlamaq düzgün hesab edilmir.
Deyilənə görə, bu hadisə kralı hiddətləndirib. O, narazılığını bildirdikdən sonra icmalçını işdən azad ediblər.
Qeyd edək ki, “Əl-Cəzirə” qəzeti ötən gün baş verən narazılıqla bağlı üzrxahlıq edib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA