Ağdamda Azərbaycan polisinin 99-cu ildönümü qeyd olundu

Ağdam Rayon Polis Şöbəsində Azərbaycan polisinin yaranmasının 99-cu ildönümü qeyd olunub.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, uzun illərdir cəbhə xəttində xidmət aparan Ağdam polisinin əməkdaşları 1992-ci ildən bəri ictimai asayişi qorumaqla yanaşı,  ermənilərin terror cəhdlərinə də qarşı mübarizə aparıb. Hazırda köçkün həyatı yaşayan müəssisənin 38 şəhidi, 4 Milli Qəhrəmanı və 112 əlili var.

 

Bayram günü bir araya gələn polislər əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Ağdam rayon Mədəniyyət Evində təşkil olunmuş tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhid ailələrinin üzvləri polis əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək, onlara xidmətlərində uğurlar arzulayıblar. Tədbirdə xidmətdə fərqlənən polis əməkdaşlarına pul mükafatı və təşəkkürnamə verilib. Sonda şəhid polislərin ailələrinə maddi yardım göstərilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR