Bakıda "Land Rover" qarət olundu

Bakının Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 1 b ünvanında avtomobil qarət olunub.

 

APA TV-nin xəbərinə görə, paytaxt sakini Rəsulov Anar Hikmət oğluna səhər xəbər veriblər ki, avtomobilinin şüşəsi sındırılıb.

 

Ehtimala görə, hadisə gecə saatlarında törədilib. Naməlum şəxslər "Land Rover" markalı 10 CV 077 dövlət nömrə nişanlı avtomobilin şüşəsini sındırmaqla zərərçəkənə xeyli ziyan vurublar: "Xidməti iş çantam aparılıb. Fotoaparat, çantanın içərisində ümumi dəyəri 5000 manata yaxın xüsusi avadanlıqlar, 4 ədəd telefon, çəkiliş kamerası, çəkiliş avadanlığı, müxtəlif bank kartları və müxtəlif ölkələrə məxsus SİM nömrələr, bütün şəxsiyyətimi təsdiq edən sənədlər aparılıb. Bununla bağlı dərhal 102 xidmətinə müraciət etdim".

 

Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları hadisə yerinə gəliblər. Oğurlanan əşyaların siyahısı tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR