Bağdadinin öldüyünü deyən axund diri-diri yandırıldı - DAHA BİR İŞİD DƏHŞƏTİ
İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldüyünü deyən axund diri-diri yandırılıb.
APA TV-nin xəbərinə görə, bu barədə İraq mediası çəlumat yayıb.
Bildirilir ki, Rusiya qırıcılarının Rəqqa yaxınlarında təşkil etdiyi hava hücumu nəticəsində öldürüldüyü iddia edilən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ölümü təşkilat içərisində edamlara səbəb olub. İraqın "Alsumaria" telekanalında verilən xəbərə görə, Bağdadinin ölüm xəbərini göz yaşları içində verən İŞİD vaizi Əbu Kuteybə edam edilib. O, Telafer şəhərində diri-diri yandırılıb.
Yerli mənbələrə əsasən , Bağdadinin ölüb-ölmədiyini soruşanları 50 qamçı cəzası, Bağdadinin öldüyünü deyənləri isə yandırılaraq edam gözləyir.
Qeyd edək ki, Rusiya Əbu Bəkr əl-Bağdadinin təşkil edilən hava hücumunda öldürüldüyünü bildirib, İran isə bu xəbəri fotolarla təsdiq edib. İraqın baş naziri İbadi də Bağdadinin öldüyünü təsdiqləyərək, İŞİD-in sonunun gəldiyini deyib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA