Antalya çimərlikləri gündüzlər bomboş qalıb - TARİXİN ƏN İSTİ GÜNÜ

Türkiyənin Antalya şəhərində hava temperaturunun ölçülməyə başlandığı 1929-cu ildən bəri ən isti gün yaşanıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, 2000-ci ildə şəhərdə 45 dərəcə isti qeydə alınmışdı. Bu gün isə 45,4 dərəcə temperaturla son 88 ilin rekordu yenilənib.

 

Bununla bağlı dünyaca məşhur istirahət mərkəzlərində gündüz saatlarında boşluq yaşanır. Hərarətin yüksək olması istirahətə gələnləri dənizdə gecələr çimməyə sövq edir.

 

Axşam saat 19.00 dan sonra istirahət mərkəzlərinin qonaqları sahilə toplaşır.

 

Sinoptiklərin məlumatına görə, bölgədə mövsüm üçün normal göstəricilərdən 10-12 dərəcə yüksək istilər hökm sürür. Antalyada anomal isti hava şəraitinin sabah da davam edəcəyi bildirilir.

 

Yeri gəlmişkən, İstanbulda da hava çox isti keçir, termometrin göstəricisi 44 dərəcəyədək yüksəlib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR