BDU-da Məzun Günü - 4 MİN TƏLƏBƏ MƏZUN OLDU

Bakı Dövlət Universitetində növbəti Məzun Günü keçirilib. Tələbələr 4 illik universitet həyatı ilə vidalaşıblar. Bundan sonra onlar seçdikləri peşə ilə bağlı daha müstəqil həyata başlayacaqlar.

 

Tələbələri səbirsizliklə gözlədikləri Məzun Gününə xüsusi hazırlaşmışdılar. Universiteti bitirdikləri üçün həm həyəcanlı, həm də sevincli idilər. Onlar bundan sonra nə işlə məşğul olacaqlarını da planlaşdırıblar. Kimisi təhsil aldığı ixtisas üzrə peşəyə yiyələnəcəyini, kimisi isə təhsilini davam etdirəcək.

 

BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu əlamətdar gün münasibətilə məzunları təbrik etdi və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzuladı: "Doğrudan da cəmiyyət üçün tam hazırlıqlı, yararlı, dövlətçiliyi qoruyan, qlobal düşüncəli, milli təəssübkeş, intellektual gənclər bu gün məzun oldu. Şadıq ki, 100 illik ərəfədə kəmiyyət və keyfiyyət göstəriciləri BDU-da artır".

 

Qeyd edək ki, bu il Bakı Dövlət Universitetini dörd minədək tələbə bitirib, onlardan təxminən 400 nəfəri fərqlənmə diplomuna layiq görülüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR