PKK Türkiyəni yenə qana boyadı: 2 ŞƏHİD
PKK terror təşkilatı Türkiyədə növbəti terror aktları həyata keçirib.
APA TV-nin məlumatına görə, Vanın Çaldıran qəsəbəsində PKK terrorçuları əldədüzəltmə partlayıcını işə salıb.
Nəticədə iki təhlükəsizlik əməkdaşı - İsmayıl Dəniz və Əmrullah Çiçək yaralanıb. Həkimlərin səyinə baxmayaraq, İsmayıl Dəniz xəstəxanada dünyasını dəyişib.
Hakkarinin Çukurca qəsəbəsində isə əsgər terror hücumunun qurbanı olub. Hakkari Dövlət Xəstəxanasına çatdırılan yaralı əsgərin həyatını xilas etmək mümkün olmayıb.
Bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir.
OXŞAR XƏBƏRLƏR
17:52
351
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
421
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
493
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
506
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
631
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
672