Temperatur 42 dərəcəyə yüksələcək

İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.

 

ETSN-dən APA TV-yə verilən məlumatına görə, havanın temperaturunun gecə 22-27° isti, gündüz 34-39 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25,

Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR