Qonaq toyda öldü, qohumları həkimi döydü - LƏNKƏRANDA İLGİNC HADİSƏ

Lənkəranda Təcili Tibbi Yardım Stansiyasının həkimi toyda halı pisləşən qadının həyatını xilas edə bilmədiyi üçün döyülüb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkərandakı şadlıq saraylarının birində qeydə alınıb.

 

Bala Məmməd küçəsi, ev 2-də yaşayan 60 yaşlı Xeyranisə Axundovanın halı toyda qəfildən pisləşib. Ona ilkin tibbi yardım göstərilməsi üçün qohumları “103” Çağrı Mərkəzinə zəng edərək, şadlıq sarayına təcili yardım çağırıblar. Lakin həkim yardımı kifayət etməyib və xəstə ürəktutmasından keçinib.

 

Bundan sonra mərhumun qohumları Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının hadisə yerinə gələn həkimi, 29 yaşlı Vüsal Həsənovu xəstənin həyatını xilas edə bilmədiyi üçün döyüblər. Üstəlik, onlar təcili yardım maşınına da ziyan vurublar. Həkim Vüsal Həsənov kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR