78 yaşlı kişini avtomobil vurdu - BAKIDA QƏZA
Bakının Nərimanov rayonu ərazisində piyadanı avtomobil vurub.
APA TV-nin xəbərinə görə, hadisə Atatürk prospekti 27 saylı binanın qarşısında baş verib. 1939-cu il təvəllüdlü Hüseynov Cabir Zərbalı oğlu adıçəkilən ərazidə yolu keçmək istəyən zaman onu "Mercedes" markalı minik maşını vurub.
Nəticədə C.Hüseynov ciddi bədən xəsarətləri alıb. Avtomobilin sürücüsü bu barədə təcili tibbi yardım xidmətinə müraciət edib və 78 yaşlı kişi təcili 1 saylı Xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Yol qəzasının təfərrüatlarını Nərimanov RPİ-nin istintaqçıları araşdırır.
OXŞAR XƏBƏRLƏR
17:52
352
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
422
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
495
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
506
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
631
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
672