Bakının Yasamal rayonunda 2 gənc, Qaradağ rayonunda isə sürücü bıçaqlandı
Bir gecədə paytaxtda 3 nəfər bıçaqlanıb. Bakının Yasamal rayonunda baş vermiş hadisələrin birində gənc oğlan çoxsaylı bıçaq xəsarətləri alıb.
APA TV-nin məlumatına görə, rayonun İslam Səfərli küçəsində yaşayan 1991-ci il təvəllüdlü Quliyev Səfər Aqil oğlunun tanımadığı şəxslə mübahisəsi yaranıb və mübahisə zəmnində həmin naməlum şəxs S.Quliyevə 3 bıçaq xəsarəti yetirib.
Çoxlu qan itirən S.Quliyev 1 saylı Xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Qanlı hadisənin təfərrüatlarını Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları araşdırıb.
Yasamal rayonunda baş vermiş digər hadisə zamanı 1990-cı il təvəllüdlü paytaxt sakini Hacıyev Kamran Qəhrəman oğlu bıçaqlanıb. O da yaşadığı ərazidə, Dilarə Əliyeva küçəsi 115 ünvanında naməlum şəxslə mübahisə edib və bıçaq xəsarətləri alıb.
Yaralı K.Hacıyev xəstəxanaya təcili tibbi yardım maşını ilə çatdırılıb və o, cərrahi əməliyyat olunub.
Bakının Qaradağ rayonunda da bıçaqlanma faktı qeydə alınıb.
Məlumata əsasən, rayonun Lökbatan qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan 1991-ci il təvəllüdlü İsmayılov İlqar Məmmədağa oğlu müştəri qismində onun avtomobilinə əyləşən şəxslərlə mübahisə edib. Buta yolu istiqamətində hərəkət edən zaman həmin şəxslərdən biri İ.İsmayılova bıçaq xəsarəti yetirib.
Qarın nahiyəsindən bıçaqlanan İlqara da 1 saylı Xəstəxananın həkimləri tibbi yardım göstərib.
Hər üç faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA