Livanda qaçqın düşərgəsində yanğın olub: ölən və yaralananlar var
Livanın şərqindəki Bekaa vadisində suriyalı qaçqınların sıx şəkildə yaşadığı və təxminən 200 çadırın olduğu bir düşərgədə güclü yanğın baş verib.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, ən azı bir nəfərin həyatını itirdiyi, 2 miqrantınsa xəsarət aldığı yanğının səbəbi hələ də müəyyən olunmayıb. Tüstüdən zəhərlənən miqrantlar isə bölgədəki xəstəxanalara çatdırılıb.
Məlumata əsasən, yaşayış şəraitinin çətin olduğu miqrant düşərgələrində istilik mənbəyi kimi əsasən mazut sobalarından istifadə edilir. Ehtimal olunur ki, yanğına da bu, şərait yaradıb.
Qeyd edək ki, Livanda bir milyondan çox suriyalı qaçqın var. Qaçqınların təxminən 34 faizi ölkənin şərqindəki Bekaa vadisindəki düşərgələrdə yaşayır.
OXŞAR XƏBƏRLƏR
17:52
351
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
421
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
494
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
506
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
631
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
672