Tatarıstanda avtobus yanacaq maşını ilə toqquşdu: 14 ölü, 15 yaralı
Tatarıstanda salonunda 27 sərnişinin olduğu avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində 14 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.
APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu iyulun 2-nə keçən gecə yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb.
Ehtimala görə, qəzaya yük maşınının sürücüsünün uzaqvuran işıqları söndürməyi unutması səbəb olub. Hər iki sürücü ifadəsinin alınması üçün saxlanılıb.
Hadisə yerində istintaq qrupu çalışır, hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, bu ağır yol qəzası ilə bağlı Tatarıstanda bir günlük matəm elan edilib.
OXŞAR XƏBƏRLƏR
17:52
349
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
420
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
493
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
506
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
631
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
672