Peşə bayramını qeyd edən polislər Kürdə batdı

Ağstafada 2 polis əməkdaşı Kürdə boğulub.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Kür çayının rayonun Saloğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin üç əməkdaşı öz peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəlib. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından biri xilas edilib, 2 polis əməkdaşı - Ağstafa rayon Zəlimxan kənd sakini, 1991-ci il təvəllüdlü Mamayev Şahlar Ramiz oğlu və Qazax rayon Çaylı kənd sakini, 1993-cü il təvəllüdlü Novruzov Qalib Cəlal oğlu suda boğulub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc xilasedici qrupu cəlb olunub və batmış iki nəfərdən biri, Qalib Novruzovun meyiti tapılaraq sudan çıxarılıb.

Digər 1 nəfərin axtarışı davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR