Avtomobil maneəyə çırpıldı, 6 nəfər xəsarət aldı - GƏNCƏDƏ
Gəncə şəhərinin qərb çıxışında avtomobil maneəyə çırpılıb, bir ailənin üzvləri xəsarət alıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sürücü Anar Əliyevin idarə etdiyi “20 DB 687” dövlət nömrə nişanlı “Chevrolet” markalı minik maşını dönmə əməliyyatının icrası zamanı sürücünün idarəetməsindən çıxıb və avtomobil yolun kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində sürücü A.Əliyev və iki övladı yüngül, sürücünün anası 1952-ci il təvəllüdlü Nazilə Əliyeva, sürücünün həyat yoldaşı 1982-ci təvəllüdlü Sevinc Əliyeva və digər övladı 2005-ci il təvəllüdlü Nuranə Əlizadə ciddi xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA