Şirvanda Azərbaycan polisinin 99-cu ildönümü qeyd olundu

Şirvanda Azərbaycan polisinin 99-cu ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, əvvəlcə Şirvan Şəhər Polis Şöbəsinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini yad edib. Daha sonra Heydər Əliyev Mərkəzinin eksponatları ilə tanış olublar.

 

Polis şöbəsinin qarşısında davam edən tədbiri Şirvan polisinin rəisi Hikmət Quliyev açaraq, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-nin ölkədə Polis Günü elan olunduğunu bildirib, daxili işlər naziri Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda şəhid olan və xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

H.Quliyev Azərbaycan polisinin Cümhuriyyət dövründən bu günə kimi keçdiyi tarixindən danışıb, Şirvan polisinin ictimai asayişin və vətəndaşların hüquq və azadlıqlarının mühafizəsi istiqamətində gördükləri işlərdən bəhs edib.

 

Polis işçilərini əlamətdar gün münasibətilə təbrik edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov qeyd edib ki, Azərbaycan polisi ölkədə təhlükəsizliyin, sabitliyin, asayişin təminatçısıdır. O, dövlətçiliyimizin möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması kimi işlərin gerçəkləşdirilməsində polis işçilərinə uğurlar arzulayıb.

 

Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev, şəhər prokuroru Həsən Hənifəyev, polis veteranı Firudin Qəhrəmanov və Milli Qəhrəman Nizami Hüseynov çıxış edərək, polis əməkdaşlarını bayram münasibətilə təbrik edib.

 

Sonda Qarabağ müharibəsinin iştirakçısı, Şirvan Şəhər Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Qədir Hüseynova daxili işlər nazirinin əmri ilə polkovnik-leytenant rütbəsi təqdim edilib. Həmçinin veteran polislərə və xidmətdə fərqlənən bir qrup polis işçisinə pul mükafatları verilib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR