Tramp Şimali Koreyaya xəbərdarlıq etdi: "Səbrimiz tükənib"

"Səbrimiz tükənib". APA TV-nin "Reuters"ə istinadən məlumata görə, Donald Tramp bu sözləri Cənubi Koreya prezidenti ilə Vaşinqtonda keçirdiyi görüşdə Şimali Koreyanın nüvə sınaqları ilə bağlı müzakirələr zamanı bildirib.

Ağ Ev sahibi qeyd edib ki, Pxenyanın davranışlarına kəskin cavab verməyin vaxtı çoxdan çatıb. Əlavə edib ki, Vaşinqton bölgədəki müttəfiqlərini qorumaq üçün lazımi addımları atmağa hər an hazırdır: "Biz bütün alternativ vasitələri nəzərdən keçiririk. Vəziyyətin hərbi yolla həlli ən sonuncu variantdır. Amma qarşı tərəf bunu anlamır. Bu səbəbdən həmin variantlar artıq heçə enib".

ABŞ prezidenti vurğulayıb ki, son qərar Seul və Tokio ilə birgə veriləcək.

Donald Tramp bölgənin planetin ən təhlükəli nöqtəsi olduğunu qeyd edib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR