Ağstafada otla dolu traktor yandı

Ağstafada traktor yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Köçəsgər kəndində baş verib.

 

Kənd sakini Zamiq Mustafayev idarə etdiyi "Belarus" markalı traktorla ot bağlaması apararkən nəqliyyat vasitəsinin qoşqusunda qəfil alov başlayıb. Nəticədə qoşquda olan 2 ton ot tamamilə yanıb.

 

Hadisə yerinə Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası çağırılıb. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb, traktor və qoşqu yanğından mühafizə olunub. Hadisənin siqaret közündən baş verməsi ehtimal edilir.

Müəllif | Apa.Tv
Vüsal Məmmədov

OXŞAR XƏBƏRLƏR