Livan ordusu suriyalı qaçqınları gülləbaran etdi: 12 ölü
Livan ordusu suriyalı qaçqınların yerləşdiyi düşərgəyə hücum edib, 12 nəfər ölüb.
APA TV-nin məlumatına görə, Homs-Kusayr sərhəd bölgəsinin Livan tərəfində qurulan Arsel qaçqın düşərgəsinə hücum gecə saatlarında olub.
Zirehli avtomobillərlə düşərgəyə girən ordunun hücumu nəticəsində 12 nəfər ölüb, 400 qaçqın saxlanılıb. Gülləbaran nəticəsində 60-dan çox suriyalı yaralanıb. Hadisə şahidləri yaralılar arasında çoxlu sayda uşaqların və qadınların olduğunu deyib.
Livan tərəfi düşərgədə Azad Suriya Ordusu üzvlərinin olduğunu iddia edir. Qarşı tərəf isə hücum edənlərin "Hizbullah" üzvü olduğunu deyir. Hücumda onlarla tank iştirak edib. Düşərgədəki evlər ordu tərəfindən dağıdılıb.
Arsel qaçqın düşərgəsində 3500 mülki şəxsin yaşadığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
17:52
352
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
422
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
495
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
506
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
631
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
672