Körpüdə narkotik əməliyyatı: 11 KQ MARİXUANA ƏLƏ KEÇİRİLDİ
Azərbaycanda 11 kq-a yaxın narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.
APA TV-nin məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Yevlax rayonu ərazisində bir nəfərin narkotik vasitələri alqı-satqısı ilə məşğul olduğu barədə əməliyyat məlumat daxil olub.
Dərhal Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsinin sahilində quraşdırılan yanalma körpüsünə yollanıblar.
Həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən ünvanda Şəki şəhər sakini Bəxtiyar Paşabəyov şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib. Üzərinə baxış keçirilərkən ona məxsus idman çantasından külli miqdarda marixuana aşkar edilərək götürülüb.
Ekspertiza zamanı B.Paşabəyovdan aşkar edilən narkotik vasitənin ümumi çəkisinin 10 kiloqram 800 qram olduğu müəyyən edilib.
Saxlanılan şəxs ifadəsi zamanı külli miqdarda marixuananı satmaq niyyəti ilə əldə etdiyini bildirib: "Şəkidə yabanı halda bitən bitkini dərdim qurutdum. Dedim 1000 manat verən olsa, elə bir yerdən verərəm getsin. Sahildə polis əməkdaşları məni tutdu".
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA