Neft bahalaşdı - TRAMPIN BƏYANATI İSƏ...

Neft bazarında qiymətlər yüksəlib. APA TV-nin məlumatına görə, "Brent" markalı neftin qiymətində bir dollara qədər bahalaşma qeydə alınıb.


Həftənin son satışlarında bu markadan olan neft 48,98 dollardan satılıb. Ötən gün səhər saatlarında isə "Brent" nefti 47,91 dollara təklif olunurdu. Bu gün qeydə alınan qiymət eyni zamanda son 24 saatın ən yüksək qiymətidir. Qərbi Texas nefti də ciddi şəkildə bahalaşıb. WTİ markalı neftin qiyməti gün ərzində 45,20 dollardan 46,33 dollara yüksəlib.

 

Neftin həftə sonu bahalaşmasının əsas səbəbi Birləşmiş Ştatlarda gündəlik neft hasilatının 100 min barel aşağı düşməsi ilə izah oluna bilər. Buna baxmayaraq bu ölkədə neft hasilatının artacağı artıq hamıya məlumdur. Ötən gün Donald Tramp açıqlamasında bildirib ki, ABŞ öz enerji ehtiyatlarını bütün dünyaya ixrac edəcək. Ağ Ev sahibi Amerikanın enerji bazarında dominantlıq edəcəyini deyib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR