Moskvada qasırğa nəticəsində ölənlər və yaralananlar var

Rusiyanın Moskva vilayətində baş verən qasırğa zamanı 3 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb.

 

APA-nın xəbərinə görə, bu barədə “lenta.ru” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadə məlumat verib. Bildirlir ki, şiddətli külək zamanı yük maşınındakı beton çarxı düşüb və iki nəfərin üstündən keçib. Onlardan biri hadisə yerində, digəri isə təcili tibbi yardım maşınında ölüb. Daha bir nəfər ildırım çaxması nəticəsində həyatını itirib.

 

Moskva şəhərində 3 nəfərin xəsarət alması barədə məlumat var.

 

Moskva vilayətinin Ramenski kəndində 58 və 69 yaşlarında iki qadın xəsarət alıb. Bunun ilkin rəqəmlər olduğu və dəyişə biləcəyi bildirilir. Rusiya Energetika Nazirliyinin məlumatına görə, Moskva şəhəri və Moskva vilayətində baş verən hadisə nəticəsində 4,4 min nəfər elektrik enerjisi təchizatından məhrum olub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR