Nyu-Yorkda həkim işlədiyi xəstəxanada atəş açdı: 1 ölü, 6 yaralı
Nyu-Yorkda xəstəxanalardan birində silahlı inident baş verib. APA TV-nin məlumatına görə, xəstəxananın həkimi Henri Bello silahlanaraq, atəş açıb. O, 1 nəfəri öldürüb, bir neçə nəfəri yaralayıb, daha sonra isə özünü güllələyib.
Nyu-Yorkun meri Bill De Blazio bildirib ki, atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
35 yaşlı həkim xəstəxananın bir neçə mərtəbəsində atəş açıb, binanı isə yandırmağa cəhd edib.
Atəş səslərini eşidən xəstəxana işçilərinin əksəriyyəti gizlənməyə imlan tapıb. Polis xəstəxananın bir neçə mərtəbəsində qan izləri aşkarlayıb.
Nyu-York meri hadisənin terror aktı olmadığını, atəş açan şəxsin isə xəstəxananın keçmiş işçisi olduğunu bildirib. Cinayətin motivləri barədə hələ məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR
17:52
410
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
473
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
547
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
512
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
636
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
676