Sərhədçilərimiz Xəzərdə batmaq üzrə olan balıqçıları xilas etdi - ƏMƏLİYYAT ANI
Xəzərin Azərbaycan sektorunda batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas olunub.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, 29 iyun 2017-ci ildə saat 13:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisi tərəfindən Hövsan reydində rəsmiləşdirilərək dənizə çıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə məlumat əldə edilib.
Görülmüş tədbirlər nəticəsində həyatları təhlükə altında olan balıqçılar - Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Quliyev Seyfulla Əmrulla oğlu və 1974-cü il təvəllüdlü Quliyev Xeyrulla Əmrulla oğlu xilas olunublar.
Xilas edilmiş balıqçılara ilkin tibbi yardım göstərilib, onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA