Moskvanın üstünü qara buludlar aldı - UKRAYNADAN GƏLİR

Moskvada hava şəraiti kəskin dəyişib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, şəhər səması qara buludlarla örtülüb.


Temperatur xeyli enib, güclü leysan başlayıb.

Soyuq siklonun Ukrayna ərazisindən gəldiyi deyilir.

Hazırda şimşək çaxır, külək güclənir. Bu dəqiqələrə küləyin sürəti saniyədə 24 metrə çatır, şimşək çaxır.

Vətəndaşlara evlərini tərk etməmələri barədə xəbərdarlıq edilib.

Hava limanlarında aviareyslər təxirə salınıb.

Sosial şəbəkələrdə yayılan foto və videopaylaşımlarda Moskvanın bəzi küçələrindən artıq sel getdiyi görünür.

Əlverişsiz hava şəraitinin sabah da davam edəcəyi açıqlanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR