Bakıda tapança satmaq istəyən şəxs tutuldu
Paytaxtda odlu silah satmaq istəyən şəxs yaxalanıb.
APA TV-nin xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 7-ci Polis Bölməsinə (PB) əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Sadıx Sadıxovun odlu silah satmaq istədiyi barədə əməliyyat məlumatı daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Sadıxov Binəqədi rayonu ərazisində bir ədəd Belçika istehsalı olan "Browings Patent" markalı odlu silahı satmaq istəyən zaman saxlanılıb.
Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə ay bundan əvvəl tapdığını və həmin vaxtdan bəri üzərində gəzdirdiyini etiraf edib: "Sökülmüş binanın yanında dəmir-dümür yığırdım. Baxdım gördüm silah. Dedim satıb üç-beş manat qazanaram. Bir ay idi saxlayırdım özümdə. Polislər yaxınlaşdılar, təhvil verdim onlara".
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA