Parisdə erməni maşını müsəlmanların üstünə sürdü: "Qisas alıram"

Parisdə 43 yaşlı erməni avtomobili məsciddən çıxan müsəlmanların üstünə sürüb. APA TV-nin məlumatına görə, bu barədə erməni saytları Fransa mətbuatına istinadən yazıb.


Hadisə Parisin Kretey rayonunda qeydə alınıb.

Məscidin ətrafında tikilən hasar sayəsində insident xəsarətsiz ötüşüb. Hasar isə uçub.

Hadisədən sonra sürücü qaçıb. Lakin az sonra polis onu yaxalayıb.

Adı açıqlanmayan erməni izahatında hadisəni Fransada radikal islamçılar tərəfindən törədilən terror aktlarının əvəzini çıxmaq istədiyindən həyata keçirdiyini deyib.

Hazırda erməni psixoloq nəzarətindədir. Onun əvvəllər bəzi cinayətlər törətdiyi məlum olub. Hadisə zamanı isə o sərxoş olmayıb.
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR