Tramp: "Amerika dünyanı fəth edəcək"
"ABŞ öz enerji ehtiyatlarını bütün dünyaya ixrac edəcək". APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, bu bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.
Ağ Ev sahibi bununla da Amerikanın dünyanı fəth edəcəyini deyib:
"Dünyada "qızıl dövr" başlayır. Amerika enerji bazarında bazarında dominantlıq edəcək. Bu, bizim yeni enerji proqramımız sayəsində reallaşacaq".
Tramp ABŞ sıxılmış qazının Asiya ölkələrinə, kömürün isə Ukraynaya ixracının artırılacağını bildirib. Əlavə edib ki, hazırda onun administrasiyası atom enerjisinin inkişaf etdirilməsi ilə bağlı ideyanın müzakirəsi ilə məşğuldur. Bu ideya reallaşarsa, o zaman dünyada hasil edilən təbii qaza və digər enerji mənbələrinə ciddi alternativ olacaq.
Daha bir vacib məsələ isə ABŞ şelfində yeni neft və qaz yataqlarının hasilata başladılmasıdır. Həmin yataqların fəaliyyəti Barak Obama dövründə dondurulmuşdu. Yeni prezident isə bu qərarı aprelin sonunda ləğv edib. Tramp addımını ölkə vətəndaşları üçün minlərlə iş yerinin açılması ilə əlaqələndirib.
Xatırladaq ki, Donald Tramp ABŞ Enerji Nazirliyində "Yeni enerji siyasətinin başladılması" mövzusunda keçirilən toplantıda iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA