Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin görüntüsü yayımlandı
Müdafiə Nazirliyi Naxçıvanda Azərbaycan və Türkiyə birgə döyüş atışlı taktiki təlimin görüntülərini yayımlayıb.
Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Naxçıvan Muxtar Respublikası ərazisində iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimi keçirilib. Təlimdə qarşıya əlahiddə ümumqoşun ordu ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti arasında dostluq əlaqələrinin genişləndirilməsi, əməliyyatların birgə icra edilməsində uzlaşmış fəaliyyətə nail olunması, qoşunların idarə edilməsində vahid proseduraların işlənib hazırlanması kimi məqsədlər qoyulub.
Üç mərhələdə keçirilən təlimin birinci mərhələsində Əlahiddə Ümumqoşun Ordunun, digər güc strukturlarının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək, müdafiə əməliyyatının aparılması və müdafiə dərinliyinə soxulmuş düşmənin dayandırılması və əks-zərbə əməliyyatının planlaşdırılması, ikinci mərhələdə əks-zərbənin endirilməsi, düşmənin darmadağın edilməsi və itirilmiş vəziyyətin əlverişli hədlər üzrə bərpa edilməsi, üçüncü mərhələdə isə əks-hücumu davam etdirərək, düşmən ehtiyatlarının darmadağın edilərək başa çatdırılması və əlverişli ərazi sahələrinin nəzarət altına alınması sualları işlənilib.
Təlimə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri ilə yanaşı, Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Əməliyyat Briqadasının və Mülki Müdafiə Alayının bölmələrinin ümumilikdə 5 minə yaxın şəxsi heyəti, 250-dən artıq zirehli və 500-ə yaxın avtomobil texnikası cəlb edilib.
Təlimin gedişində təmir-təxliyə, maddi-texniki və tibbi təminat tapşırıqları da uğurla yerinə yetirilib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA