Yayda hansı kosmetik prosedurları etmək olmaz? - HƏKİM MƏSLƏHƏTİ
Əgər dərinizin zədə almasını istəmirsinizsə, ona zamanında qulluq edin. İstirahətə yollanmadan öncə bir neçə prosedur etməklə problemlərdən yan keçə bilərsiniz.
Həkim-kosmetoloq Səbinə Axundova APA TV-yə açıqlamasında xanımlara yayın qızmar istisindən qorunmaq üçün bəzi məsləhətlər verib: “Hər bir prosedur etmək olar - mezoterapiya, plazmoliftinq. Amma bir az qorunmaq lazımdır. Ən azı bir həftə SPF kremlərindən istifadə etmək lazımdır. Bu prosedurları may ayına qədər etsələr, yayda ehtiyac olmayacaq”.
Günəşli havalarda qırışlar daha aydın görünür. Buna görə də xanımlar yay başlamadan öncə botoksa ehtiyac duyurlar: “Botoksu bütün fəsillərdə etmək olar. Amma yayda təsiri azalar, çünki dəri tərləyir. Botoksu qışda edəndə 4-6 ay, yayda isə 3-4 ay qalır. Hər bir problemin qarşısını vaxtında almaq lazımdır. Əgər qırışlar dərinləşsə, sonra qarşısını almaq çətin olur”.
Botoksdan sonra 5 saat ərzində uzanmaq, yatmaq, saunaya girmək olmaz. O ki, qaldı mezoterapiyaya, qorxulu prosedur deyil: “Qialuron turşusu ilə zəngin prosedurdur. Dərini cavanlaşdırır, qırışları açır, dəri təravətli olur. Bunu 20 yaşından 60-70 yaşına kimi xanımlar etdirə bilərlər. Mezoterapiya bir qədər cavan dəri üçündür. Biorevitalizasiyanı 35 yaşından sonra etmək lazımdır”.
Mezoterapiyadan sonra günəşdən qoruyucusu kremlərdən, maskalardan istifadə etmək məsləhətdir. Səbinə Axundova yayda yüngül, nəmləndirici pilinqlər etməyi məsləhət görür: “Dəri problemlidirsə, ləkəlidirsə, yayda pilinqdən istifadə etmək lazım deyil. Çünki ləkə yarana bilər, sonra da gec təmizlənir. Dərinizdə ləkəsi olmayan, qanında melanin çox olmayanlara edə bilərik. Mütləq SPF kremlərindən istifadə etmək lazımdır”.
Təcrübədə ciddi fəsadları görünməsə də, zob, daimi insulin istifadəçilərinə, allergiyası olanlara iynəli prosedurlar edilərkən xüsusi diqqət edilir. Həkim-kosmetoloq bildirib ki, xanımlar gündüz saat 12.00-a qədər, yaxud axşam saat 17.00-dan sonra qaralsalar, daha yaxşı olar. Çünki son illər günəş şüalarının mənfi təsirləri daha çoxdur. Qoruyucu kremlərdən istifadə etməyi də unutmaq olmaz.
Səbinə Axundova artıq piylərdən azad olmaq istəyənlərə də məsləhət verib: “ABŞ, Fransadan gətirilən preparatlar var ki, piy toxumalarını parçalayır. Nəticə üç prosedurdan sonra görünür. Bu proseduru həm yayda eləmək olar, həm də qışda”.
Dərinizə və bədəninizə vaxtında qulluq edin ki, istirahətiniz gözəl keçsin!
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA