Üç maşın toqquşdu, iki piyada vuruldu - ONLAR QARDAŞDIR

Lənkəranda zəncirvarı  qəza nəticəsində yol kənarında dayanan iki qardaş ağır xəsarət alıb. APA TV-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı 10 MV 307 dövlət nömrə nişanlı avtomaşınla, "VAZ-2106" markalı 10 QZ 165 və 29 yaşlı Kazımov Nurlanın idarə etdiyi "VAZ-21011" markalı 42 BV 161 dövlət nömrə nişanlı avtomaşınlar toqquşub.

Nəticədə yolun kənarında dayanan taksi fəaliyyəti ilə məşğul olan iki qardaş 29 yaşlı  Vüsal və 27 yaşlı Maarif Tahirovlar ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Çoxsaylı sınıq xəsarətləri ilə daxil olan hər iki qardaş əməliyyata götürülüb. Hazırda onların vəziyyətinin orta ağır olduğu deyilir.

Qəza nəticəsində "VAZ-21011"in sürücüsü Nurlan Kazımov da xəsarət alıb.

Hadisənin səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR