ABŞ-da hasilatın aşağı düşməsi nefti bahalaşdırır
Birləşmiş Ştatlarda gündəlik neft hasilatının 100 min barel aşağı düşməsi “qara qızıl”ın bahalaşmasına səbəb olub.
APA TV-nin məlumatına görə, son 24 saat ərzində birjalarda “Brent” markalı neftin maksimum qiyməti 48,23 dollar olub, səhər seanslarında isə qiymət 47,88 dollar səviyyəsinə geriləyib. Qərbi Texas nefti də uzun müddət davam edən ucuzlaşmadan sonra dəyər qazanmağa başlayıb. WTİ markalı neftin qiyməti 45,41 dollar səviyyəsində qalxıb, sonradan qiymətlər 20 sent ucuzlaşıb.
"Societe Generale" şirkəti iyun ayından etibarən ikinci dəfə neftin illik orta qiymətinə dair proqnozları aşağı salıb. Şirkətin analitikləri proqnozların yenilənməsini Liviya, Nigeriya və ABŞ-da hasilatın artması ilə əsaslandırılar. Proqnozlara əsasən, “Brent” markalı neftin orta illik qiyməti bu il 52 dollar təşkil edəcək, gələn il isə bu rəqəm 54 dollara qalxacaq. Əvvəlki proqnozlarda rəqəmlər müvafiq olaraq 54 və 60 dollar şəklində göstərilirdi. Qərbi Texas neftinin bu il orta illik qiymətinin isə 49,45 dollar olacağı gözlənilir, gələn il isə qiymətlər 51,5 dollara çata bilər.
Bu gün “Baker Hughes” şirkəti ABŞ və Kanadada şist nefti hasil edən buruqların sayını açıqlayacaq. Rəqəmin bu həftə də artacağı gözlənilir. Hesabat birjaların son iş günündə neftin qiymətinə təsir edəcək əsas amil hesab olunur.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA