Lənkəranda transformator faciəsi: CƏRƏYAN UŞAĞI KÜLƏ DÖNDƏRDİ

Lənkəranda 8 yaşlı oğlanı cərəyan vuraraq öldürüb. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Göyşaban kəndində qeydə alınıb.


Kənd sakini 8 yaşlı Zaur Nuriyevi evdə tapa bilməyən valideynləri onun axtarışına çıxıb. Bir saatdan artıq axtarışdan sonra azyaşlının cəsədi transformatorun içindən aşkar olunub. Mühafizə olunmayan transformatorun yaxınlığında oynayan azyaşlının gizlənmək məqsədilə onun içinə girdiyi ehtimal olunur: "Atası axtarırdı, biz də qoşulduq. Saat yarımdan sonra məlum oldu ki, uşaq transformatorun içindədir, gedib gördük. Transformatorun ağzı açıq idi, uşağı tok vurub yandırmışdı. Transformator bərbad haldadır, hasara alınmalı, qıfıllanmalıdır. Kimlər məsuliyyət daşıyırsa, cəzalandırılmalıdır".

 

Azyaşlının cəsədi müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

 

Fakt araşdırılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR